Xarici İşlər Nazirliyinin „Şərq Tərəfdaşlığı ölkələri və Rusiayada vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişaf edilməsi“ proqramı

Ausbau der Zusammenarbeit mit der Zivilgesellschaft 2017 Şəkili böyüt (© colourbox.de)

Alman vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığı ölkələri və Rusiayanın vətəndaş cəmiyyətləri ilə əməkdaşlığı çərçivəsində zəruri olan keçid və daxili inteqrasiya prosesini ətraflı şəkildə dəstəkləyən tədbirlər üçün federal hökümət tərəfindən vəsaitlər ayrılır. Bura bütün mədəni və təhsil siyasətinin layihə işləri daxil edilir (xüsusilə, informasiya vasitələri, elm, təhsil, peşə təhsili daxil olmaqla, mədəniyyət, dil və gənclər üçün məşğulluq).


Bu səbədən, Almaniyanın və Şərq Tərəfdaşlığı proqramına üzv olan ölkələrin eləcə də Rusiyanın aktyorları arasındakı əməkdaşlığın uzunmüddətli vətəndaş cəmiyyət strukturlarını yaradan və yaxud inkişaf edən layihələr dəstəklənə bilər. Layihələr həmçinin
- vətəndaş cəmiyyətinin mümkün qədər çox aktyorlarını cəlb etməli (eyni zamanda multiplikatorlar vasitəsi ilə) və

- aşağıda göstərilən digər məqsədlərdən birini güdməlidirlər.

-        Pluralizmi gücləndirmək

-        Dəyərlərə dair müzakirənin təşviqi

-        Gənc insanlara perspektivlər vermək

-        Dialoq və anlaşmanın təşviqi

Proqramda Almaniya, Rusiya və Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən vətəndaş cəmiyyəti əməkdaşlığı layihələri iştirak edə bilər.

Proqrama dair Proqrama dair izahatlar [pdf, 312.18k]

Əlavə məlumatlar alman dilində burada:

İngilis dilində burada:

Müraciət üçün son tarix: 15 Dekabr 2017!