Yüngül atletika təlimçiləri və idman müəllimləri üçün 41-ci beynəlxalq seminar

Şəkili böyüt

Almaniya Xarici İşlər nazirliyi xarici mədəniyyət və təhsil siyasəti çərçivəsində yüngül atletika təlimçiləri üçün seminarlar hazırlayır. Almaniya yüngül atletika federasiyasının dəstəyi ilə keçirilən 41-ci beynəlxalq seminar 1 iyun 2018 tarixindən 31 iyul 2019 tarixinədək Mayns şəhərində keçiriləcək. Bu seminar dil kursu da daxil olmaqla intensiv şəkildə 13 ay müddətinə keçilir və sonda keçirilən imtahanı uğurla keçənlər yüngül atletika məşqçisi diplomunu qazanırlar.

Proqram yüngül atletika sahəsindən olan təlimçilər və idman müəllimləri üçün nəzərdə tutulmuşdur. Məşqçi peşəsinə yiyələnmək istəyən eks idmançılar da müraciət edə bilərlər. Yaş həddi 40-dır. 

Proqram iştirakçılar üçün ödənişsiz olaraq təşkil olunur və aşağıdakıları əhatə edir:

-        Alman dili kursu (4 ay intensiv, sonra kursla paralel olaraq)

-        Yüngül atletika-nın nəzəriyyəsi və praktikası

-        Ümumi hərəkət və təlim tədrisi

-        Idman tibbi (Anatomioya və psixologiya)

-        İdman psixologiyası

-        İcbarı dərslər və tədbirlər (Masaj, zədə zamanı ilk tibbi yardım, Almaniyada və iştirakçıların gəldiyi ölkələrdə idman yarışlarının təşkili)

-        Seminarın sonunda imtahan keçiriləcək

-        imtahan uğurla keçiriləcək təqdirdə yüngül atletika məşqçisi diplomu təqdim olunacaq

İştirakçı ölkələr və ya şəxslər əməkdaşlığın tərkib hissəsi olaraq səfər xərclərini qarşılamalıdırlar.

Doldurulmuş əriziə forması (forma aşağıda göstərilmişdir), atletika federasiyasından dəstək məktubu, sağlamlıq haqqında arayış (forma aşağıda göstərilmişdir) və 4 ədəd biometrik şəkil ilə birlikdə 29. Dekabr 2017-ci il tarixinədək Almaniya Səfirliyinə təqdim edilməlidir.

Bewerbungsbogen [pdf, 760.6k]

Ärztlicher Untersuchungsbogen [pdf, 340.13k]

Informationsflyer [pdf, 4,279.15k]

Daha ətraflı məlumatları burada: