Şəkidə birinci alman dili müəllimlər sessiyası

Almaniya Səfirliyi Göte institutu əməkdaşlıq çərçivəsində 28-29 mart tarixlərində Şəki şəhərində Azərbaycanda ilk dəfə alman müəllimləri sessiyasını təşkil edib. Azərbaycanın müxtəlif yerlərindən 55 müəllim və müəllimə birgə seminar və təlimlərdə iştirak etmək üçün Şəkiyə gəlib. Alman dilinin oyunlarla tədrisi və dərs metodlarının mübadiləsi tədbirin əsasını təşkil edirdi. “İmkanlar bazarı” sərgisində müəllim və müəllimələr Göte institutu, Bakıdakı alman dili mərkəzi, DAAD, ZfA, alman oxu zalı və eləcə də Almaniya səfirliyi haqqında məlumatlar və dərsləri üçün maraqlı materiallar əldə etdilər. İştirakçılar yeni tədris metodlarının yoxlanışı zamanı çox əyləndilər!