Səfir Kindsqrab Göygöl və Şəmkirdə: Alman-Azərbaycan tarixinin 200 ili

Səfir Mixael Kindsqrab Azərbaycanda məskunlaşmış ilk almanların 200 illik yubileyi münasibətilə o zamankı Annenfeld və Helenendorf, bugünki Şəmkir və Göygöl rayonlarına səfər etdi. Azərbaycanda yaşayan almanların sayının müqayisədə az olmasına baxmayaraq - 1941-ci ildə Mərkəzi Asiyaya sürgün zamanı təqribən 50000 nəfər – onlar ölkənin iqtisadi, sosial və mədəni inkişafında dərin izlər buraxmışdır.

Səfir Kindsqrab Prof. Dr. Eva-Maria Aux və Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə birlikdə Şəmkirdə yerləşən Heydər Əliyev mərkəzində „Sərhədlərin silinməsi – Almanlar Vürtemberq və Qafqaz arasında vətən axtarışında“ adlı sərginin açılışını etdilər. Sonra Almaniya Səfirliyinin dəvəti ilə keçmiş protestant kilsəsində konsert proqramı baş tutdu.

Alman nümayəndə heyəti Göygöldə Viktor Kleinin evində və keçmiş Fohrer ailəsinin evində salınmış tarix və diyarşünaslıq muzeyində oldu.