Ilk dəfədir buradasınız?

İndi Sizə viza almaq prosesində nəzərə alınmalı vacib qeydləri addımbaaddım göstərəcəyik.

Əvvəlcə nə etməli?

1. Hansı vizanı seçməli?

Vizaların iki növü var: Şengen vizası və Milli viza

Şengen vizası:

yarım il ərzində 90 günə qədər Almaniyada qalanda Şengen vizası (C kateqoriyası) üçün müraciət etmək lazımdır.

Buraya aiddir: işgüzar səfərlər, tibbi müalicələr, avtomaşın alınmaları, qonaq səfərləri, turist səfərləri, qısa müddətli dil kursları və s.

Milli viza:

yarım il ərzində 90 gündən çox qalanda yaxud Almaniyada uzun müddət qalmaq istəyəndə Siz milli viza üçün müraciət etməlisiz. Sonra bu milli viza Almaniyada uzun müddət qalmaq üçün oturum kimi qeydiyyata alınacaqdır. Xahiş edirik nəzərə alın ki, milli vizanın verilməsi 4-8 həftəyədək uzana bilər.

Buraya aiddir: ali təhsil, rezidentura, uzun müddətli dil kursları, ailə birləşməsi, Au-Pair, alman firmalarında işə daxilolma.

2. Qeydiyyat vərəqələrini oxumaq

Almaniyaya getməyi planlaşdıran kimi bizim internet səhifəmizə www.baku.diplo.de baxın və burada Sizə uyğun gələn məlumat vərəqəsini diqqətlə oxuyun ki, əvvəlcədən hansı sənədlərin tələb olunacağını biləsiniz.

Şenqen viza rəsmiləşdirilməsinə dair məlumat

Milli viza rəsmiləşdirilməsinə dair məlumat

3. Gəlmək üçün vaxt təyin etmək

Sənədlərinzi yalnız Sizin üçün qəbul vaxtı təyin olunduğu təqdirdə gətirə bilərsiniz.

Qəbul vaxtının təyin olunması ödənişsizdir və internet vasitəsilə çox rahat həyata keçirilir:

görüş vaxtı burada təyin olunur

Məlumat vərəqəsində sadalanan bütün sənədləri toplamağı gözləmədən qəbul vaxtını mümkün qədər tez təyin edin.Səfirlik yalnız istisna hallarda (təcili tibbi ölüm hallarında) növbədənkənar qəbul vaxtı təyin edə bilər. Bu zaman aşağıda qeyd olunan məlumat ilə baku%27%service-diplo%27%de,visa email-ünvanına yazmaqla edə bilərsiniz (ad, soyad, doğum tarixi və pasport nömrəsi). Məlumat saatlarında qəbul vaxtının verilməsi qeyri-mümkündür.

Qəbul vaxtı təyin edərkən Siz viza sənədlərinin işlənmə müddətini nəzərə almalısınız.

Viza üçün müraciət etmək istəyən bütün şəxslərə qəbul vaxtının təyin olunması lazımdır. Əgər sizin pasportunuzda qeydiyyata düşən uşaqlar da Sizinlə səfər edəcəksə, bu halda yalnız bir qəbul vaxtı təyin etmək lazımdır. Belə olduğu təqdirdə xahiş olunur uşaqların adlarını öz adınızın yanında yazın.

Xahiş olunur 5 nəfərdən artıq qrup üçün qəbul vaxtını aşağıdakı email-ünvanına yazmaqla təyin edin: baku%27%diplo%27%de,visa

Siz Şengen vizası üçün nəzərdə tutduğunuz səfərin tarixindən 3 ay əvvəl də müraciət edə bilərsiniz. Bu xüsusilə səfər sezonu (yayda) nəzərdə tutulmuş səfərlər üçün vacib məlumatdır. Yəni Siz yay tətiliniz üçün artıq yaz aylarında da müraciət edə bilərsiniz.

Əgər Siz təyin etdiyiniz qəbul vaxtında qələ bilmirsinizsə, xahiş olunur həmin qəbul vaxtını müvafiq qeydiyyat aparmaqla ləğv edin. Bu işi Siz çox rahat internet vastəsilə edə bilərsiniz. Bunun üçün Siz elektron poçt vasitəsilə gələn təsdiq məktubunda qeyd olunan ləğvetmə linkinə girməlisiniz.

Əks halda 3 həftə müddətində internet vasitəsilə yeni qəbul vaxtını təyin etməyiniz mümkün olmayacaqdır.

4. Sənədləri toplamaq

Sizə uyğun gələn məlumat vərəqəsinə bir daha diqqətlə baxın və orada sadalanan sənədlərin hamısını tam şəkildə toplayın.

Sizi dəvət edən şəxsə bildirin ki, viza üçün dəvətnaməni (əsli və ya fax, E-mail) Səfirliyə deyil məhz Sizə göndərsin. Öhdəlik haqqinda bəyanət (Verpflichtungserklärung) yalınız original kimi qəbul olunur.

Yalnız tam şəkildə toplanmış sənədlər qəbul olunur. Natamam müraciət ərizələri geri qaytarılır. Bu halda Siz internet vasitəsilə yeni qəbul vaxtı təyin etməilisiniz-bunun üçün Sizə xüsusi növbədənkənar qəbul vaxtının verilməsi mümkün deyildir.

Azyaşlı uşaqlar üçün ərizə verərkən hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılığı lazımdır. Əgər valideynlər səfirliyə gəlib şəxsən ərizə təqdim edirlərsə bu sənədə ehtiyac yoxdur. Azyaşlı uşağın ərizəsinə həmişə mütləq doğum haqqında şəhadətnamə də əlavə olunmalıdır. Əgər Siz görürsünüz ki, bütün sənədləri tam şəkildə toplayıb catdıra bilmirsiniz, bu halda xahiş olunur təyin etdiyiniz qəbul vaxtını ləğv edib yeni vaxt seçəsiniz.

Sənədləri rəsmi müraciətdən əvvəl səfirlikdə misal üçün məlumat saatlarında gətirərək yoxlatmaq mümkün deyildir.

5. Ərizəni təqdim etmək

Xahiş olunur dəqiq təyin olunmuş qəbul vaxtına gecikmədən gəlin, əks təqdirdə Siz içəri buraxılmaya bilərsiniz.

Səfirlikdə sənədlər şəxsən ərizəçi tərəfindən təqdim olunmalıdır.

Viza üçün rüsum sənədlər təqdim olunarkən avro pul vahidi ilə ödənilir. Xahiş olunur mümkün qədər həmin məbləği müvafiq əskinaslarla gətirin.

Azyaşlı uşaqlar üçün ərizə verərkən hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılığı lazımdır. Əgər valideynlər səfirliyə gəlib şəxsən ərizə təqdim edirlərsə bu sənədə ehtiyac yoxdur. Azyaşlı uşağın ərizəsinə mütləq doğum haqqında şəhadətnamə də əlavə olunmalıdır. Əgər Siz görürsünüz ki, bütün sənədləri tam şəkildə toplayıb catdıra bilmirsiniz, bu halda xahiş olunur təyin etdiyiniz qəbul vaxtını ləğv edib yeni vaxt seçəsiniz.

6. Pasportu götürmək

Pasportu geri götürdükdən dərhal sonra vizada şəxsiyyətə dair bütün qeydiyyatların düzgün olub-olmamasını yoxlayın.

Şengen vizası üçün ərizənin işləməsi bir qayda olaraq 3-5 iş günü olur. Lakin səfirlik ərizənin bu müddət ərzində hazır olacaqına zəmanət vermir.

Milli viza üçün verilən müraciət sənədlərinin yoxlanışının bitməsi haqqında Sizə səfirlik tərəfindən telefonla bildiriləcəkdir. Xahiş olunur bu barədə e-mail və ya telefonla sorğular etməyin. Qərara verilməsi haqqında məlumat olan kimi dərhal bu barədə xəbər verəcəyik.

Yenə sualınız var?

Əlavə suallarınız varsa buyurun e-mail, telefon vasitəsilə və ya şəxsən məlumat saatlarında gəlib suallar verə bilərsiniz.

Bu imkana rəğmən xahiş olunur əvvəlcədən bizim internet səhifəmizdə olan məlumatları diqqətlə nəzərdən keçirin.

Ilk dəfədir buradasınız?

Angebot von A-Z

Görüş vaxtının verilməsi

Terminvergabe

Qəbul vaxtının təyin olunması ödənişsizdir və rahatlıqla internet vasitəsilə həyata keçirilir.

Əlaqə

Kontakt

Əlavə məlumat almaq üçün aşağıdakı telefon nömrəsinə zəng etməyinizi 012 46 54 127 (bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı, cümə: 10:00 – 12:00; çərşənbə: 14:00 - 16:00) və ya baku%27%diplo%27%de,visa yazmağınızı xahiş edirik.