3 aydan az müddət üçün Şenqen rəsmiləşdirilməsinə dair məlumat

Şengen vizası hər 180 gün ərzində Şengen ərazisində ən çox 90 gün qalmaq  hüququ verir. Əgər Sizin səfərinizin əsas məqsədi Almaniyaya getməkdirsə bu halda Almaniyanın xaricdəki nümayəndəliyi kimi biz Sizin viza üçün müraciətinizə cavabdehik.

Ərizəni hazırlamaq

Ərizənizi aşağıdakı kimi hazırlayın:

  • Viza üçün ərizə formasını doldurun. https://videx.diplo.de/
  • Ərizəyə əlavə olunacaq sənədləri toplayın. Çatışmayan sənədlər və ya sübutlar ərizənizə imtina cavabının verilməsi ilə nəticələnə bilər. Biz Sizin üçün hər səfər məqsədinə uyğun gələn yaddaş vərəqələri tərtib etmişik.
  • Bütün viza proseduruna dair ətraflı məlumatları [pdf, 279.23k] Siz Şengen vizası üçün müraciət etməyə dair ümumi məlumatlar vərəqəsindən əldə edə bilərsiniz.

Vacib məlumat:
Xahiş olunur viza şöbəsinə-xüsusilə viza üçün müraciət etmədikdən əvvəl-tələb edilmədən heç bir sənəd göndərməyin. Bu sənədlər burada saxlanıla və /və ya aiddiyyatı üzrə təyin edilə bilmir. Tam şəkildə toplanmış sənədləri həmişə birbaşa qəbul vaxtına gələrkən gətirin.

Ərizə ilə müraciət etmək

Bizim Səfirlik yalnız rəsmi tərəfdaşı VisaMetric servis şirkəti ilə əmkdaşlıq edir. Bu kənar servis şirkəti Sizə ərizə ilə müraciət etməkdə dəstək göstərir və Sizin sənədlərinizi Səfirliyə göndərir. Səfirlikdə Sizin viza müraciətiniz yoxlanılır və qərar verilir.

10.04.2018 və 04.05.2018 tarixləri arasında Sizin müraciət sənədlərinizin VisaMetric-də təqdim olunması yalnız əvvəlcədən qəbul vaxtının təyin olunması ilə mümkün olacaqdır. Qəbul vaxtı buradadır

07.05.2018 tarixindən etibarən sənədlərinizi viza qəbulu mərkəzinin iş vaxtlarında əvvəlcədən vaxt təyin etmədən təqdim edə bilərsiniz. Servis xidmətləri gözləmə vaxtının qısalmasını mümkün edir və 21 avro rüsumun qarşılığında təklif edilir. Bundan başqa əlavə xidmətlərdən (məs.: VİP-xidməti) istifadə edilə bilər. Burada birbaşa servis şirkətinin səhifəsinə daxil ola bilərsiniz

Gəbul zamanı sənədlərinizi tam şəkildə təqdim edin, rüsumu ödəyin və nəzərdə tutulan səfərinizə dair sualları cavablandırın. Bunun üçün Sizin fotoşəkliniz və barmaq izləriniz də götürüləcəkdir.

Sənədlərin işlənməsi zamanı

Səfirlik Sizin sənədlərinizi yoxlayır və qərar verir. Bunu etmək üçün Səfirlik ərizənizin qanuni tələblərə cavab verdiyini yoxlayır. Bu proses adətən sənədlərin  viza şöbəsinə daxil olduğu vaxtdan sonra 15 təqvim günü davam edir. Xahiş edirik anlayış göstərəsiniz ki, işlənmə müddətində işin gedişatına dair sualların cavablandırılması bir qayda olaraq mümkün olmayacaqdır. Bundan sonra isə: Yalnız ərizəçinin özü, onun qanuni nümayəndəsi və ya səlahiyyətli nümayəndəsinin sorğuları cavablandırıla bilər.

Pasportun geri qaytarılması

Səfirlik müraciətə dair qərar qəbul etdikdən sonra Siz öz pasportunuzu bizim kənar servis şirkəti vasitəsilə geri ala bilərsiniz.
Əgər Siz ərizə ilə müraciətinizi birbaşa müvafiq xarici nümayəndəliyə etməyə qərar vermisinizsə, Siz öz pasportunuzu da həmçinin oradan geri götürə bilərsiniz.

Məlumat vərəqələri

Siz ərizə formalarını alman, inglis və ya azərbaycan dilində doldura bilərsiniz.

Siz ərizə formalarını həmçinin kompyüterdə doldura bilərsiniz.  Xahiş olunur bunun üçün aşağıdakı internet səhifəsindən istifadə edəsiniz: https://videx.diplo.de/   ərizə formasının sonunda  qeyd olunmuş strix kodun düzgün çap olunmasına fikir verin. VİDEX proqramından istfadə üçün təlimat aşağıda qeyd olunmuşdur (türk və rus dillərində).

Qəbul vaxtının təyin olunması

Terminvergabe

Qəbul vaxtının təyin olunması ödənişsizdir və rahatlıqla internet vasitəsilə həyata keçirilir.

Əlaqə

Kontakt

Əlavə məlumat almaq üçün aşağıdakı telefon nömrəsinə zəng etməyinizi 012 46 54 127 (bazar ertəsi - cümə: 10:00 – 11:00) və ya baku%27%diplo%27%de,visa yazmağınızı xahiş edirik.