Almaniya xarici işlər naziri Ştaynmayer Bakıda

Almaniya xarici işlər naziri Dr. Frank-Valter Ştaynmayer 30 iyun 2016-cı il tarixində Cənubi Qafqaza səfəri çərçivəsində Bakıda olmuşdur. Nazir ATƏT-in fəaliyyətdə olan sədri olaraq həmkarı cənab Elmar Məmmədyarovla görüşmüşdür. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı münaqişə ATƏT məkanında ən qədim həll olunmamış münaqişədir. Bu ərazilər beynəlxalq hüquq baxımından Azərbaycana aiddir və 1988-1994 müharibəsi dövründən erməni nəzarəti altındadır.

Hər iki nazir Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində aprel ayının əvvəlində baş verən 120 nəfərin ölümü ilə nəticələnən döyüşlərin atəşkəsin gücləndirilməsi, inamın yaradılması və tezliklə danışıqlar prosesinə başlanması ilə mümkün qədər qarşısının alınması məsələlərində xüsusi məsuliyyət daşıdığını bildirirlər. “Status-kvo vəziyyətinə geri qayıtmaq məsuliyyətli addım olmaz. Hər iki münaqişə tərəfində cəsarətli olmağa və güzəştə getməyə hazırlılığa ehtiyac var”, deyə alman xarici işlər naziri mətbuat konfransında bildirmişdir. Onun əsas təklifi bu olmuşdur: “atəşkəsi gücləndirmək, inam yaratmaq və ciddi danışıqlar aparmaq.” Məsələnin siyasi həllinə apara biləcək təkliflər masanın üzərindədir, cənab Ştaynmayer bildirmişdir.

Almaniya və Azərbaycan arasında ikitərəfli münasibətlər də əsas müzakirə mövzularından olmuşdur. Nazir iki ölkə arasında ticarət əlaqələrinin müsbət inkişafını qeyd etmişdir. O həmçinin son aylarda insan hüquqları sahəsində fərdi hallarda irəliləyişlər ilə əlaqədar olaraq məmnunluğunu bildirmişdir.

Cənab nazir vətəndaş cəmiyyəti və iqtisadiyyat nümayəndələri görüşüb ətraflı müzakirələr aparmışdır. Cənab Ştaynmayer şəhidlər xiyabanında 1990-cı ildə sovet qoşunları tərəfindən qətlə yetirilmiş Bakıda müstəqillik uğrunda nümayişlər keçirən qurbanların xatirəsini yad etmiş və əbədi məşəl kompleksinin önünə əklil qoymuşdur.