Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri

6 və 7 iyul tarixlərində prezident İlham Əliyev Berlində işgüzar səfərdə olub. Prezident dünən alman iqtisadiyyatının və Alman-Azərbaycan Forumunun nümayəndələri ilə görüşmüşdür. Federal İqtisadiyyat naziri Ziqmar Qabriel ilə birlikdə Azərbaycanın dövlət başçısı hər iki ölkənin iqtisadi əməkdaşlığının perspektivlərinə həsr olunan Alman-Azərbaycan İqtisadiyyat Forumunu açmışdır. Federal kansler Merkel dövlət başçısını birgə nahar yeməyinə dəvət etmişdir.

Bundan sonra isə baş tutan mətbuat konfransında Federal Kansler Angela Merkel və Prezident İlham Əliyev media nümayəndələrinin suallarını cavablandırmışdırlar. Kansler Angela Merkel Azərbaycanın iqtisadi vəziyyətinin neft və qaz qiymətlərinin kəskin düşməsi ilə əlaqədar gərgin olduğunu qeyd etdi. Lakin buna görə Azərbaycan iqtisadiyyatının  böyük  müxtəlifliyə yola açacaq islahatlar həyata keçirdiyini söyləyən  kansler bildirmişdir ki, Almaniya öz imkanları və bacarıqları çərçivəsində diversifikasiya prosesində iştirak etməyə məmnuniyyətlə hazırdır.

Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı Dağlıq Qarabağ münaqişəsi də müsahibənin əsas mövzularından  olmuşdur. Kansler söyləmişdir ki, Almaniya özünün ATƏT-ə sədrliyi çərçivəsində münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini vermək istəyir. Burada söhbət yalnız  atəşkəsə riayət etməkdən deyil həmçinin siyasi prosesdə irəliləyişlərdən gedir. Kansler Mins qrupu  və onun  həmsədrləri  Fransa, Rusiya və ABŞ-a dair  demişdir: “Biz səy göstəririk ki, bu Minsk qrupu yalnız həmsədrlər ilə deyil bütün üzv dövlətlətlərlə görüş keçirsin”.